1 oktyabr tarixində Prezident İlham Əliyev Bakı şəhəri Suraxanı rayonunun avtomobil yollarının yenidən qurulması ilə bağlı sərəncam imzalayıb.

Sərəncamla Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 58.000 nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Zığ–Hövsan avtomobil yolunun yenidən qurulması məqsədilə 4,9 milyon manat vəsait ayrılıb.

Bundan əvvəl, Xəzər rayonu Binə, Buzovna və Qala qəsəbələri ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə 5 milyon manat ayrılmışdır.