Paytaxtın Yasamal rayonunda şəhidin xatirəsinə ucaldılan barelyefin açılışı baş tutub. Bu haqda Səbail rayon İcra Hakimiyyətinin mətbuat xidməti məlumat yayıb.

Abidə 35 yaşlı Mayor İlkin Əhədzadənin Badamdar qəsəbəsində yerləşən yaşadığı evin qarşısında qoyulub. O, Kəlbəcər istiqamətində gedən döyüşlərdə həlak olub. Mayor Əhədzadə 3 övlad atası idi.

İlkin Əhədzadə “Kəlbəcərin azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub.