AQTA paytaxtın Nizami rayonu “8-ci km Ticarət Mərkəzi” ASC-də reyd keçirib. Bu haqda bu gün, 2 oktyabr tarixində qurumun mətbuat xidməti məlumat yayıb.

Təhməzov Bəhruz Bəhrəm oğlu və Həsənov Elçin Orucəli oğluna məxsus ət və ət məhsullarının satışı sahəsində qanun pozuntuları aşkar olunub. Kəskin qoxuya malik 280 kiloqram mənşəyi məlum olmayan ət tapılıb.

Faktla bağlı araşdırmalar davam edir.

Bundan əvvəl, 16 sentyabr tarixində paytaxtın Yasamal və Binəqədi rayonlarında qanunsuz işləyən ət kəsimi məntəqələri aşkarlanmışdır.