Abşeron rayonu Hökməli qəsəbəsində 2 nəfər narkotacir saxlanılıb. Bu haqda bu gün, 2 oktyabr tarixində Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Ramin Qasımov və Rəfayel Şükürovun üzərilərindən ümumilikdə 13 qram heroin, 13 qram metamfetamin və 43 qram marixuana aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Bundan əvvəl, 1 oktyabr tarixində Nəsimi rayonunda 4 nəfər narkotik alverçisi saxlanılmışdır.