Suraxanı rayonu, Hövsan qəsəbəsində dənizin sahilində soyğunçuluq hadisəsi qeydə alınıb. 3 yeniyetmə estakadada oturan evli cütlüyün çantasını və telefonunu oğurlamağa çalışıb. Hadisə ərazidəki müşahidə kameralarına düşüb.

Dəniz kənarında istirahət edən ər və arvada yaxınlaşan şəxlər 35 yaşlı Nibə Əkbərovanın çantası və telefonunu oğurlamaq məqsədilə onu qəfldən suya atıblar, lakin  ərini estakadadan ata bilməyiblər.

Kişi oğruların dalınca qaçsa da, onları tuta bilməyib. Zərərçəkmiş şəxslər 30 saylı polis bölməsinə müraciət ediblər. Əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli bilinən 3 yeniyetmə saxlanılıb. Onlar törətdiyi əməlləri etiraf ediblər.

Faktla bağlı toplanan materiallar Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib.