Bakıda təcridxanaya narkotik maddə keçirmək istəyən şəxs saxlanılıb. Bu haqda bu gün, 2 oktyabr tarixində Penitensiar xidmətinin rəsmi saytında məlumat yayılıb.
Vüsalə Əliyeva 10 saylı cəzaçəkmə müəssisəsinə həyat yoldaşı Ramil Əliyevin yanına görüşə gəlib. İçəri girərkən onun çantasına baxış aparılıb və oradan 0,549 qram tiryək aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Bundan əvvəl, 23 sentaybr tarixində Bakı İstintaq təcridxanasında cəza çəkən şəxsə corabın içində narkotik maddə yollamışdılar.