Sabunçu rayonu Kürdəxanı qəsəbəsində bu gün, 2 oktyabr gecə saatlarında qəza baş verib. Qəza törədən sürücü və yanında oturan sərnişin xəsarətlər alıblar.

26 yaşlı İbrahim Süleymanov “Mercedes” markalı avtomobili idarə edərək yüksək sürətlə çörək daşıyan yük avtomobilə çırpılıb. Süleymanov və avtomobildə olan təxminən 25-30 yaşlı qadın xəsarətlərlə 3 saylı xəstəxanaya yerləşdiriliblər.

Süleymanov komaya düşərək özəl klinikaların birinə keçirilib, sərnişin isə 3 saylı klinikada müalicə alır.

Faktla bağlı ekspetiza təyin olunub, araşdırma aparılır. İbrahim Süleymanov Sabunçu Rayon Polis İdarəsinin Post Patrul Xidmətində serjant rütbəsində çalışır.