Azərbaycan Gimnastika Federasiyası 18-21 noyabr tarixində Bakıda Batut Gimnastikası üzrə Dünya Çempionatı keçirəcək. Bu barədə AGF rəsmi Facebook səhifəsində məlumat verilib.

Milli Gimnastika Arenasıda keçiriləcək kubokda 33 ölkədən gimnastlar mübarizə aparacaqlar. Turnirdə ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” kuboku təqdim olunacaq.

4 gün davam edəcək yarışların ilk 2 günündə təsnifat, sonrakı 2 günü isə final mərhələləri baş tutacaq.