Bakı şəhəri Xətai rayonunda ölümlə nəticələnən qəza baş verib. Bu haqda 3 oktyabr axşam saatlarında Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti məlumat yayıb.
“Lada” markalı avtomobili idarə edən 69 yaşlı Xanoğlan İmanov yol kənarındakı dəmir maneəyə çırpılıb. Hadisə yerinə FHN-nin əməkdaşları cəlb olunub. Sürücünün meyiti deformasiyaya uğrayan avtomobildən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Daha öncə, Qaradağ rayonunun Ələt qəsəbəsində 19 sentyabr tarixində 44 yaşlı Anar Amonov avtomobilin idarəetməsini itirərək beton dirəyə çırpılmışdır. O, hər iki topuğun yerdəyişən sınığı ilə xəstəxanaya çatdırılmışdır.