Səbail rayonu, B.Sərdərov küşəsi 8 ünvanında yerləşən binanın zirzəmisində tufeyli həyat tərzi sürən naməlum qadının meyiti aşkar edilib. Bu haqda bu gün, 4 oktyabr Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Polis əməkdaşları qadının şəxsiyyətini müəyyən etmək məqsədilə şəhərin müxtəlif yerlərində quraşdırılan müşahidə kameralarından video materialları toplayıb.
Qadını tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-nin “102” Xidməti Zəng Mərkəzinə, həmçinin Səbail Rayon Polis İdarəsinə və 9-cu Polis Bölməsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.
Əlaqə nömrələri: (012) 492-02-02, (012-492-53-69), (012-437-02-02).