4 oktyabr tarixində Bakıda oğurluq edən şəxslər yaxalanıb. Hadisə Xətai rayonunda baş verib. Bu haqda Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Müxtəlif vaxtlarda rayon ərazisində avtomobillərin şüşələrini qıraraq salonlardan oğurluq edən, əvvəllər məhkum olunmuş Bəybala Kamranbəyli tutularaq istintaqa təqdim edilib.
Araşdırma nəticəsində onun paytaxt ərazisində 10-dan çox avtomobilin salonundan dəyərli əşyalar, maqnitafonlar və rayon ərazisində bir neçə mənzildən qızıl-zinət əşyaları oğurlayaraq dəyər-dəyməzinə satdığı da məlum olub. Həmin ərazilərdə yerləşdirilən müşahidə kameralarında Kamranbəylinin oğurluğa getdiyi zaman görüntülərinin olması törətdiyi əməlləri sübuta yetirib.
Həyata keçirilən digər bir əməliyyat zamanı rayon ərazisində bir mənzildən oğurluq edən Elçin Əhmədov saxlanılıb. Onun, evdən 2000 manat dəyərində qızıl və 350 manat pul oğurladığı məlum olub.
Faktlarla bağlı araşdrıma aparılır.