Bakılı grossmeyster Teymur Rəcəbov çempionlar turnirinin son mərhələsində çıxış edəcək. Bu barədə müsabiqənin rəsmi saytında məlumat yayılıb.
Şahmatçı “Champions Chess tour” yarışmasında ikinci yer uğrunda mübarizə aparacaq. Hal-hazırda onu 0,5 xal fərqlə amerikalı Wesley So təqib edir. Ermənistan təmsilçisi Levon Aronyan da Rəcəbovu qabaqlayıb 60.000 dolları qazana bilər.
Sonuncu turda Bakıdan olan şahmatçı Fransa təmsiçisiylə qarşılaşacaq.
Teymur Rəcəbov son 5 ardıcıl oyunda qalib gələrək 24 xalla 2-ci yerdədir. Dünya çempionu Magnus Carlsen vaxtından əvvəl Çempionlar turnirinin qalibi olub.