Günay bankın 7 saylı filialında dələduzluq faktıyla bağlı cinayət işi açılıb. Bu haqda bu gün, 4 oktyabr tarixində Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Yasamal rayonunda yerləşən müəssisənin vəzifəli şəxsi Rauf Hüseynov 2018-2021-ci illər ərzində yaxınlarının adına 585 şirkət təsis edib. Daha sonra vəzifəsindən sui-istifadə edərək müxtəlif fiziki və hüquqi şəxslərə məxsus ümumilikdə 53 milyon 933 min manatı qeyd olunan şirkətlərin dövriyyəsinə buraxmış və 780.691 manat gəlir əldə etmişdir.

Hal-hazırda cinayətdə təqsirli olan digər şəxslərin müəyyənləşdirilməsi istiqamətində tədbirlər aparılır.