Bakıda KİV nümayəndələri və peşəkar fotoqraflar arasında keçirilən müsabiqə davam edir.
Dövlət Turizm Agentliyi (DTA) və Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən konkurs 20 sentyabr – 20 oktyabr tarixlərini əhatə edir.
Müsabiqə məqalə, televiziya süjeti və foto nominasiyaları üzrə “Azərbaycanın turizm potensialını tanıt” mövzusunda keçirilir.
Mükafatlar :
1-ci yer: bu ilin noyabr ayında “EXPO 2020 Dubai” tədbirində 3 günlük iştirak haqqı
2-ci yer: Şuşaya 3 günlük səfər (“Xarı Bülbül” hoteli)
3-cü yer: “Şahdağ” Turizm Mərkəzinə (“Şahdağ Hotel və Spa”) 3 günlük səfər
Şərtlər:
- Təqdim edilən məqalələrdə, fotolarda və televiziya süjetlərində mövzu tam əks etdirilməlidir
- Məqalələr, fotolar və televiziya süjetləri yeni olmalıdır, müsabiqənin qüvvədəolma müddətinədək olan dövrü (20 sentyabr – 20 oktyabr 2021-ci il) əhatə etməlidir və əvvəllər hər hansı müsabiqəyə təqdim edilməməlidir
- Müsabiqədə Azərbaycanda dövlət qeydiyyatına alınmış KİV-in nümayəndələri və müstəqil jurnalistlər iştirak edə bilərlər
- Hər bir jurnalist, müxbir və fotoqraf müsabiqəyə yalnız bir məqalə, süjet və ya foto təqdim edə bilər
- Müsabiqəyə təqdim ediləcək məqalənin həcmi 8 min çap işarəsindən, televiziya süjeti 3 dəqiqədən, fotolar isə peşəkar fotokamera ilə çəkilməklə 3000 piksel-ə qədər ölçüdən və JPEG formatında 5 meqabayt (MB) ölçüdən az olmadan göndərilməlidir
- Məqalə və televiziya süjeti Azərbaycanda dövlət qeydiyyatına alınmış KİV-də çap olunmalı və ya yayımlanmalıdır
- Materialın sonunda “Dövlət Turizm Agentliyi tərəfindən elan edilmiş müsabiqəyə təqdim edilir” sözlərindən ibarət titr qeyd olunmalıdır
- Material qəzetdə və ya jurnalda dərc edilərsə, onun 1 nüsxəsi, elektron portalda yerləşdirilərsə, A4 formatlı vərəqdə (Arial, 12 şrift) çap olunmalı və link əlavə edilməlidir.
- Fotolar orijinal formatda, ad, soyad, əlaqə vasitəsi və aid olduğu mövzu qeyd edilməklə elektron ünvanına göndərilməlidir
- Televiziya süjeti DVD-də olmaqla, KİV nümayəndəsinin vəsiqəsinin surəti ilə birlikdə 20 oktyabr 2021-ci il tarixinədək Dövlət Turizm Agentliyinə (Nizami küçəsi 96E, Landmark 1, AZ1010), materialın elektron versiyası isə həmin tarixədək elektron poçt ünvanına göndərilməlidir
Qiymətləndirilmə meyarları:
- Aid olduğu mövzunu əhatə etməsi, jurnalist araşdırması,
- Əsaslandırma və faktların əlaqələndirilməsi;
- Materialın informasiyalılıq səviyyəsi;
- Yazının və reportajın dil və üslub xüsusiyyətləri;
- Jurnalist obyektivliyi, qərəzsizliyi, tərəfsizliyi;
- Müqayisəli təhlil üslubu;
- İctimai maraqların müdafiəsi.
Əlavə məlumat üçün əlaqə nömrəsi: +994 51 229 60 43