Paytaxtın Nərimanov rayonunda qanunsuz ağacları kəsən şirkətlə bağlı cinayət işi açılıb. Bu haqda bu gün, 4 oktyabr tarixində Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

“Şirvanşahlar” MMC İ.Hidayətzadə küçəsi 37A ünvanında hündürmərtəbəli bina tikmək məqsədilə 9 ağacı kəsmək və 3 ağacı zədələyərək inkişafını dayandırmaqla təbiətə 16.000 manat ziyan vurub.

Bundan əvvəl, Binəqədi rayonu, Mirzə Məmmədxan küçəsi 74 ünvanında qanunsuz ağac kəsməklə təbiətə 1200 manat dəyərində ziyan vurmuşdular.