Nəsimi rayonunda gözdən əlil insanların hərəkəti üçün sarı piyada zolaqları quraşdırılıb. Bu barədə Nəsimi Rayon İcra Hakimiyyətinin rəsmi saytında məlumat verilib.
Nəsimi rayonunda parklarda və səkilərdə təmir-bərpa işləri davam edir. Abadlıq-quruculuq işləri çərçivəsində səkilərdə tamet daşları bərpa olunur, bardürlar qoyulur, yeni piyada zolaqları çəkilir. Həmçinin, gözdən əlil insanların rahat hərəkətini təmin etmək məqsəd ilə, Hənifə Ələsgərov küçəsində xüsusi sarı piyada zolaqları yaradılıb.
Hazırda Nəsimi rayonunun ayrı-ayrı ünvanlarında başlanılmış abadlıq, quruculuq və yenidənqurma işləri davam etdirilir.