5 oktyabr tarixində Bakıda “Həyatına dəyişikliklər qat” adlı təlim keçiriləcək. Tədbir Sabunçu Gənclər Evinin təşkilatçılığı ilə eyniadlı məkanda saat 14:00-da başlayacaq.
Təlimdə moderator qismində psixoloq Gülşən Axundova iştirak edəcək.
Müzakirə olunacaq mövzular:
- Yeniliklərdən əldə edə biləcəklərim
- Fürsətləri necə dəyərləndirək?
- Haradan və necə başlamalı?
İştirak etmək üçün qeydiyyat zəruridir. Bunun üçün təşkilatın İnstagram səhifəsindəki paylaşımın rəy bölməsində “+” işarəsi qoymaq lazımdır.