Bakıda 3 oktyabr tarixində ilk dəfə Balıq festivalı keçirilib. Bu haqda Azərbaycan Televiziyası reportaj hazırlayıb.

Festivalda Azərbaycan, Yunanıstan, Braziliya, Özbəkistan, Ukrayna, Tatarıstan, Meksika, Türkiyə və İsraildən olan aşpazlar iştirak ediblər. Onlar ölkələrinin milli mətbəxlərini təmsil edən balıq yeməkləri ilə çıxış ediblər.

Ümumilkdə 50 həvəskar aşpazının bişirdiyi təamlar qonaqlara təqdim olunub. Kulinarlar arasında təşkil olunan müsabiqədə 5 nəfər qalib seçilib.