Binəqədi qəsəbəsi, ev 75 ünvanında yerləşən qarğıdalı çubuqları istehsal edilən sexdə nöqsanlar aşkar olunub. Bu haqda Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mətbuat xidməti məlumat verib.

Sözügedən müəssisə fiziki şəxs Tağıyev İsmayıl Afiq oğluna məxsusdur. Baxış zamanı sanitariya, istehsal və saxlanma tələblərinin pozulduğu qeydə alınıb. Binada sanitar tədbirlər görülmədiyi, işçi heyətin dövri olaraq tibbi müayinədən keçmədiyi və xüsusi geyimlə təchiz edilmədiyi müəyyən olunub.

Aşkar olunan pozuntular əsasında müvafiq tədbirlər görülüb, sahibi isə inzibati məsuliyyətə cəlb olunub.

Daha öncə, 2 oktyabr tarixində AQTA paytaxtın Nizami rayonu “8-ci km Ticarət Mərkəzi” ASC-də reyd keçirib.

Foto AQTA.az
Foto AQTA.az