Bakıda oktyabrın 2-də baş vermiş qətlin təfərrüatları məlum olub. Bu barədə 4 oktyabr tarixində Oxu.az saytı məlumat verib.

Sabunçu rayonunda Mahirə Eyyubova və qızı 17 yaşlı Validə Eyyubova birləşərək 39 yaşlı Vüqar Eyyubovu öldürüblər. Polisin araşdırmasından sonra məlum olub ki, ana və qızı Vüqar Eyyubovun baş və bədən nahiyələrinə küt alətlə xəsarət yetirərək onu qətlə yetiriblər. Sonra cinayət izini itirmək üçün intihar görüntüsünü yaradıblar və cəsədin qol nahiyələrini kəsiblər.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma davam edir.