Paytaxtın Suraxanı rayonu Hövsan qəsəbəsindəki küçələrdən biri təmir olunur. Bu haqda bu gün, 4 oktyabr tarixində rayon İcra Hakimiyyətinin mətbuat xidməti məlumat yayıb.

Rüfət Abdullayev küçəsində 3075 kv.m sahəsi olan avtomobil yolunda yenidənqurmrma işləri təşkil olunur.

Bundan əvvəl, 25 sentyabr tarixində Hövsan qəsəbəsinin Südçülük sovxozu adlanan ərazisində avtomobil yolları təmir olunmuşdur.