Şahmat üzrə Çempionlar turnirinin son mərhələsi yekunlaşıb. Bu haqda müsabiqənin rəsmi saytında məlumat yayılıb.

Bakılı qrossmeyster Teymur Rəcəbov dünyanın ən güclü 10 şahmatçılar sırasında ikinci yerdə qərarlaşıb.

Şahmatçı İlk 3 turda məğlub olsa da, sonrakı 6 ardıcıl mərhələni qələbə ilə bitirib. Qalib gəldiyi rəqiblərin sırasında Şəhriyar Məmmədyarov, Ermənistan təmsilçisi Levon Aronyan və dünya çempionu Magnus Carlsen var idi.

“Meltwater Champions Chess Tour” yarışmasının qalibi norveçli Magnus Carlsen oldu.