13 oktyabr tarixində Bakıda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “açıq qapı” günü keçiriləcək.

“Açıq qapı” günü şəhərin Nəsimi rayon İcra Hakimiyyətinin binasında və Xəzər rayonu Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzində baş tutacaq.

Tədbirin keçirilməsində əsas məqsəd psixoloq, hüquqşünas və sosial işçilərin iştirakı ilə ailələrin maarifləndirilməsi, problemlərin həll olunmasında onlara peşəkar dəstəyin göstərilməsidir.

“Açıq qapı” günləri Bakı şəhərinin rayonlarında, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdindəki Uşaq və Ailələrə Dəstək Mərkəzlərində, eləcə də İcma Resurs Mərkəzlərinin fəaliyyət göstərdiyi rayonlarda mütəmadi olaraq keçirilir.

Əlaqə nömrələri: +994 12 440 72 90 ( Nəsimi rayon İcra Hakimiyyəti )

+994 12 454 89 60, +994 0124549552 (Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzi)