Bu gün, 5 oktyabr- Beynəlxalq Müəllimlər Günü kimi qeyd olunur. Azərbaycan Respublikasında 1993-cü ildən əlamətdar gün kimi təqvimə salınıb. Həmin vaxtdan hər il oktyabrın 5-i ölkəmizdə bu peşə sahiblərinin günü olaraq qeyd olunur.

Qeyd edər ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata əsasən, Bakıdakı 276 ümumi təhsil müəssisəsində 28.467 müəllim işləyir. 2021-ci ildə isə müsabiqə və müsahibələr nəticəsində 1600 müəllim işə qəbul olunub.