4 oktyabr tarixində Xətai rayonunda Vətən müharibəsi şəhidi olan Orxan İsmayılovun barelyefinin açılış mərasimi keçirilib. Kiçik çavuş Orxan İsmayılov Füzuli istiqamətində gedən döyüşlərdə şəhidilik zirvəsində ucalıb.

Mərasimdə şəhidin ailə üzvləri, yaxınları, rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak ediblər. Şəhidin 2 övladı var.

“Biz özümüz bilmədən igid böyütmüşük.” – deyə şəhidin anası bildirib.

Orxan İsmayılov ölümündən sonra Vətən uğrunda və Füzulinin azad edilməsinə görə medalları ilə təltif edilib.