5 oktyabr tarixində Bakıda keçirilən reydlər nəticəsində restoranlar cərimələnib. Bu haqda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi rəsmi səhifəsində məlumat yayıb.

Səbail rayonu Kiçik Qala küçəsi ev 19-da yerləşən “Sehrli Təndir” restoranında qanunvericiliyin tələblərinin pozulması faktları aşkarlanıb.

Monitorinqlər zamanı paytaxtın Nərimanov rayonu ərazisində fəaliyyət göstərən “Elvet Steak House” restoranında qayda pozuntuları aşkar edilib.

Hər iki restoran barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət tədbirləri çərçivəsində ötən gün ölkə üzrə 396 ictimai iaşə obyektində 669 monitorinq keçirib.