Bakıda uşaqlar arasında “Vətən sevgisinə rəng qat!” şüarı altında rəsm müsabiqəsi keçiriləcək.
Müsabiqə Bakcell və «GİD CSR Consulting» şirkətinin təşkilatçılığı ilə baş tutacaq.
Müsabiqədə iştirak qaydaları:
- Müsabiqədə Bakı şəhərində yaşayan 7-17 yaşlı uşaq və yeniyetmələr iştirak edə bilər
- Müsabiqəyə yalnız A4 və daha böyük ölçüdə hazırlanmış rəsmlər qəbul olunur
- Müsabiqə iştirakçıları istənilən boya növü və rəsm texnikasından istifadə edə bilər (akvarel, quaş və yağlı boyalar ilə çəkilmiş rəsmlər arzu olunandır)
- Rəsmlər ancaq əl işlərindən ibarət olmalıdır. Hər hansı kompüter proqramı ya şablonlar vasitəsilə hazırlanmış rəsmlər müsabiqədə iştirak üçün buraxılmayacaq
- Mövzu sərbəstdir
- Şiddət, müharibə səhnələrini əks etdirən və yaxud milli mənəvi dəyərlərimizə zidd olan rəsmlər müsabiqəyə qəbul edilməyəcək
- Hər iştirakçı müsabiqə üçün ən çox 3 rəsm təqdim edə bilər
- Rəsmlər (iştirakçıların əlaqə nömrələri, ad soyad və ata adı qeyd edilməklə) 01.10.2021-ci il tarixindən 01.11.2021-ci il tarixinə qədər [email protected] elektron ünvanına göndərilməlidir
- 01.11.2021-ci il tarixindən sonra daxil olan rəsmlər qeydə alınmayacaqdır
- Seçim zamanı uşaqların əl işlərində kompozisiyanın motivi, rəng seçimi və ideyası əsas götürüləcək
- Rəsmlər müəlliflərdən toplanaraq GİD CSR Consulting şirkətinin sosial media hesablarında öncədən nümayiş olunaraq, satışa çıxarılacaqdır
- Rəsmlərin auksionda satışı 02.11.2021-04.11.2021 tarixləri arasında həyata keçiriləcək
- Auksion üçün seçilmiş rəsmlərin müəllifləri sertifikatlarla təltif olunacaq
Seçilən rəsm əsərlərinin satışından əldə olunan vəsait isə İkinci Qarabağ müharibəsi şəhidlərinin övladlarına hədiyyələrin alınması üçün xərclənəcək.