Ötən gecə Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Yasamal rayonunda qeydə alınıb.
Yeni Yasamal yaşayış massivi istiqamətində 211 nömrəli marşrut xətti üzrə hərəkət edən “Baku Bus”a məxsus “Iveco” markalı avtobus 30-35 yaşlarında kişini vurub.
Qəza nəticəsində piyada yerindəcə keçinib. Sərnişinlər təxliyyə olunub və hadisə yerinə Yasamal Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub.