Paytaxtın Nəsimi rayonunda küçələrdən birində yenidənqurma işləri tamamlanıb. Bu haqda bu gün, 5 oktyabr tarixində Avtomobil Yollarə Dövlət Agentliyi məlumat yayıb.

Ceyhun Səlimov küçəsinin 3-cü mikrorayon dairəsindən Əbdülvahab Salamzadə küçəsinin kəsişməsinədək olan hissəsi əsaslı təmir olunub.

Küçədə yeraltı kommunikasiya – işıq, qaz və su xətləri yenilənib. Səth sularının kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemi bərpa olunub. Yeni piyada səkiləri və xüsusi parkinq yerləri yaradılıb. 16 min 820 kv.m sahə asfaltlanıb.

2019-2020-ci illər ərzində Nəsimi rayonu ərazisində ümumi uzunluğu 10 km-dən çox olan küçə təmir edilib.

Foto AAYDA rəsmi sayt
Foto AAYDA rəsmi sayt