Oktyabrın 5-dən Pirəkəşkül, Yeni qəsəbə, Müşfiqabad və 28 May qəsəbələr arası yeni marşrut açılıb. Bu barədə Bakı Nəqliyyat Agentliyi xəbər verir.

Qəsəbə sakinlərin rahat və tez ünvanlarına çatmaq üçün, Pirəkəşkül, Yeni qəsəbə, Müşfiqabad və 28 May qəsəbələr arası yeni 115 nömrəli marşrut xəttə buraxılıb.

Başlanğıc məntəqəsi Bakı-Şamaxı şosesi (Sulutəpə qəsəbəsi, körpü) son dayanacaq məntəqəsi Bakı-Şamaxı şosesi (Pirəkəşkül qəsəbəsi) olacaq.