Bakıda cüdo üzrə “Böyük dəbilqə” turniri keçiriləcək. Bu haqda Beynəlxalq Cüdo Federasiyasının saytında məlumat verilib.
Noyabrın 5-7-i tarixlərində Heydər Əliyev adına İdman Sarayında keçiriləcək turnirdə artıq 10 ölkə iştirak edəcəyini təstiq edib. Azərbaycan komandasının heyəti isə hələ açıqlanmayıb.
Bakıda keçiriləcək turnirində iştirak edəcək ölkələrin qeydiyyatı hələ də davam edir.
Qeyd edək ki, “Böyük dəbilqə” turniri Bakıda ilk dəfə 2013-cü ildə keçirilmişdir və davamlı olaraq hər il təşkil olunur.