Bu gün, 6 oktyabr tarixində saat 15:00 radalərində Bakı şəhəri Binəqədi rayonunda yaşayış evində yanğın olub. Bu haqda Fövqəladə Hallar Nazirliyinin (FHN)  mətbuat xidməti məlumat yayıb.

Ümumi sahəsi 45 kv.m olan 2 otaqlı evin yanar konstruksiyaları yanıb. Hadisə yerinə FHN-nin əməkdaşları cəlb olunub. Yanğın söndürülüb, bitişik evlər yanğından mühafizə olunub. Xəsarət alan yoxdur.

Daha öncə, 5 oktyabr tarixində Suraxanı rayonunda qaraj yanıb.