Bakı Gənclər Mərkəzində ödənişsiz rəqs dərsləri təşkil olunacaq. Bu haqda bu gün, 6 oktyabr tarixində mərkəzin rəsmi Facebook səhifəsi məlumat yayıb.

2 gün davam edəcək layihədə “Break Dance”, “Hip-Hop”, Lezginka, “Salsa-bachata” və “Zumba” rəqsləri keçiriləcək.

8 oktyabr (uşaqlar üçün):

  • Break Dance – 17:00
  • Hip – hop – 17:40
  • Lezginka – 18:20

9 oktyabr (böyüklər üçün):

  • Salsa-bachata – 18:00
  • Zumba – 18:45

Ünvan: Bakıxanov/Razin, Heydər Əliyev adına park, Bakı Gənclər Mərkəzinin -1 mərtəbəsi, “Aygun City”-nin yanı.

Dərslər “Harmony Dance Studio”-nun birgə təşkilatçılığı ilə baş tutacaq.