Paytaxtın Binəqədi rayonu Cəfər Cabbarlı 2 ünvanında yaşayan sakinlər kanalizasiya xətlərinin olmadığından şikayətçidirlər. Bu haqda bu gün, 6 oktyabr tarixində Space TV məlumat yayıb.

Sakinlərin sözlərinə görə, çirkab sular evlərin həyətinə axır. Yaranan gölməçələr səbəbindən məktəbə, işə getməkdə çətinlik çəkirlər.

Aidiyyatı qurumlar qeyd olunan məsələnin ilin sonuna qədər həll olunacağını bildiriblər. Kanalizasiya xətlərinin inşası bir aya yaxındır ki, başlanıldığını və layihənin 30%-nin hazır olduğunu qeyd ediblər.