Heydər Əliyev sarayında “Könlümə həmdəm muğam” adlı konsert keçiriləcək.

Layihə 9 oktyabr 2021-ci il saat 19:00-da təşkil olunacaq. Xalq artisti Mənsum İbrahimov, Əməkdar artistlər Babək Niftəliyev, Gülüstan Əliyeva, Nüriyyə Hüseynova və Firuz Səxavət, eləcə də Aytən Məhərrəmova tədbirdə iştirak edəcəklər.

Biletləri 28 Mall, Gənclik Mall ticarət mərkəzlərindəki “İticket.az” kassalarından həmçinin, www.iticket.az saytından əldə edə bilərsiniz. Qiymətlər 10-30 manat arası dəyişir.