Paytaxtın Nərimanov rayonunda qanunsuz ağac kəsimi aşkarlanıb. Bu haqda bu gün, 6 oktyabr tarixində Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
Dərnəgül 1 avtomobil yolu ilə Z.Bünyadov prospektinin kəsişməsində 60 ədəd ağac məhv edilib. Cinayəti törədənlər özlərini “Vətən müharibəsi əlillərinə kömək” İB-nin əməkdaşları kimi təqdim ediblər.
Faktla bağlı cinayət işi başlanıb.
Bundan əvvəl, 4 oktyabr tarixində eyniadlı rayonun İ.Hidayətzadə küçəsi 37A ünvanında qanunsuz ağacları kəsən şirkət barəsində cinayət işi açılmışdır.