8 oktyabr 2021-ci il  tarixindən 114A və 114B nömrəli marşrut xətti “BakıKart” sisteminə inteqrasiya olunur. Bu haqda bu gün, 6 oktyabr tarixidnə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidməti məlumat yayıb.

Avtobuslar Pirəkəşkül (114A) və Müşfiqabad (114B) qəsəbəsi – “20 Yanvar” m/st istiqamətində hərəkət edirlər. Marşrutun hərəkət sxemi üzrə aşağıda qeyd olunan ünvanlardakı “OBA” marketlərdə “BakıKart” balansının artırılması üçün POS terminallar quraşdırılıb:

  • Müşfiqabad qəsəbəsi (Qaradağ rayonu)
  • Sulutəpə qəsəbəsi (Binəqədi rayonu)
  • Rəşid İsmayılov 56 (Binəqədi rayonu)
  • Asif Məhərrəmov 1 (Nəsimi rayonu)
  • Müzəffər Həsənov 51 (Yasamal rayonu)

Bundan əvvəl, 29 sentyabr 2021-ci il tarixindən Ramana qəsəbəsi – Koroğlu Nəqliyat Mübadilə Mərkəzi (NMM) istiqamətində hərəkət edən 163 nömrəli marşrut xətti nağdsız ödənişə keçmişdir.