Sabunçu rayonunda yeniyetmənin atasını öldürməsi ilə bağlı cinayət işi açılıb. Bu haqda Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

3 oktyabr tarixində 37 yaşlı narkotik aludəçisi Vüqar Eyyubov ailə üzvlərindən narkotik maddə tapmaqlarını istəyib. Yaranan mübahisə zamanı V.Eyyubov 15 yaşlı oğlu Aydın Eyyubovun  boğazına şüşə parçası dirəyərək pul tapmağını tələb edib, ailə üzvlərini öldürməklə hədələyib. Özünü müdafiə etmək istəyən övlad daş parçası ilə atasının başından vurub. Vüqar Eyyubov aldığı xəsarətlərdən dünyasını dəyişib.

Hal-hazırda yeniyetmə polis nəzarəti altındadır.