Abşeron rayonu Qobu qəsəbəsində narkotik alverçisi saxlanılıb. Bu haqda bu gün, 7 oktyabr tarixində Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Abşeron Rayon Polis İdarəsinə daxil olan məlumat əsasında keçirilən əməliyyat zamanı, Qobu qəsəbəsində yaşayan Qadir Muradov saxlanılıb. Onun üzərindən 110 qram heroin və 1 ədəd elektron tərəzi aşkar olunub.

Narkotacir Qobu və ətraf qəsəbələrdə narkoik maddələrin satışı ilə məşğul olduğunu bildirib.

Faktla bağlı araşdırmalar davam edir.

Bundan əvvəl, 6 oktyabr tarixində Nizami rayonunda narkotik maddələri alverinə qarşı əməliyyat keçirilmişdir.