tamaşası nümayiş olunacaq. Bu haqda Azərbaycan Televiziyası reportaj hazırlayıb.

Pərviz Seyidlinin “Mələk” əsəri əsasında hazırlanan tamaşanın nümayişi Gənc Tamaşaçılar Teatrında baş tutacaq.

30-dan çox pyes arasında seçilən əsərdə pandemiyanın həyatımıza, psixologiyamıza təsiri, qorxu və həyacan hissi öz əksini tapıb. Xronometrajı 45 dəqiqə olan tamaşada hadisələr evin damında cəryan edir.

Rolları Aygün Fətullayeva və Ramil Məmmədov ifa edirlər. Pyesdəki Lalə obrazı koronavirusa yoluxur. Xəstəliyinin fərqində olmadan həyatındakı tək və yeganə doğması olan anasına da yoluxdurması nəticəsində onu itirir.

“Özü bu dünyada qalsa da, anası qalmır. Və artıq heç kimi olmadan yaşamağın çətin gəlməsi ilə bərabər, özünün günahkar olması ona çox vicdan əzabı çəkdirir. Bu gün də Lalə kimi bu hadisəni yaşayan insan çoxdur. Bəlkə biraz məsuliyyət hissindən və laqeydlikdən dolayı öz yaxınlarını itirən insanlar çoxdur. Xəstəliyə yoluxaraq öz doğmalarına keçirən adamlar var. Və özünə heç nə olmasa da, doğmalarına nəsə olması,məncə, bu daha ağır bir cəzadır.” – aktrisa Aygün Fətullayeva bildirib.

Hələki məşqləri gedən tamaşanın premyerası noyabrın sonlarına planlaşdırılır.