7 oktyabr tarixində Bakının Pirallahı rayonunda koronavirusla mübarizə tədbirləri çərçivəsində polis gücləndirilmiş nəzarət-profilaktik tədbirlər keçirib.

Beləliklə, Pirallahı Rayon Polis Şöbəsinin əməkdaşları rayonun ticərət obyektlərində və ictimai nəqliyyatında yoxlamalar aparıb. Reydlər zamanı obyektlərin vətəndaşlarına qapalı məkanda tibbi maskadan istifadənin vacibliyini, sosial məsafənin qorunması və sanitar-gigiyenik qaydalarına riayət olunması bildirilib.

Ötən gün, 6 oktyabr tarixində olan məlumata əsasən son sutka ərzində 1009 nəfər COVİD-19 infeksiyasına yoluxub, 12 nəfər vəfat edib. Aktiv xəstə sayı 13.181 nəfər təşkil edir.