Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməliyyat aparatı tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına psixotrop maddələrin daşınması cəhdinin qarşısı alınıb. Bu haqda qurumun İctimaiyyətlə əlaqələr şöbəsi 6 oktyabr tarixində məlumat yayıb.

Qanunsuz narkotik hazırlanması maddəsi ilə həbs olunan İlkin Cəfərovun anası Lənkəran şəhər sakini Bilqeyis Şəfiyeva, poçt vasitəsilə banderolda metamfetamin köçürməyə çalışıb. Bağlamaya baxış keçirilərkən, çəkmələrin içərisində 0,023 qram metamfetamin olan bükülü aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Oxşar hadisə oktyabrın 2-də baş vermişdir. Vüsalə Əliyeva 10 saylı cəzaçəkmə müəssisəsinə həyat yoldaşı Ramil Əliyevin yanına görüşə gəlmişdir. İçəri girərkən, onun çantasına baxış aparılmış və oradan 0,549 qram tiryək aşkar edilmişdir.

 

Foto Penitensiar xidmətinin rəsmi saytı
Foto Penitensiar xidmətinin rəsmi saytı