Bakıda 149 və 164 nömrəli marşrut xətlərində dəyişikliklər olacaq, eləcə də 196 nömrəli yeni marşrut xətti təşkil olunacaq. Bu haqda bu gün, 7 oktyabr tarixində Bakı Nəqliyyat Agentliyinin mətbuat xidməti məlumat yayıb.

Sahil qəsəbəsi ilə Lökbatan qəsəbəsini əlaqələndirən 149 nömrəli marşrutun son dayanacaq məntəqəsi 20-ci Sahə müəyyən edilib.

Ümid qəsəbəsi ilə Lökbatan qəsəbəsini əlaqələndirən 164 nömrəli marşrutun son dayanacaq məntəqəsi isə Lökbatan qəsəbəsində yerləşən Mədəniyyət sarayına dəyişdirilib.

Bundan əlavə, Sanqaçal qəsəbəsi ilə Lökbatan qəsəbəsini əlaqələndirən 196 nömrəli yeni müntəzən marşrut xətti yaradılıb.

Dəyişikliklər 09 oktyabr 2021-ci il tarixindən həyata keçiriləcək.

Foto BNA-nın rəsmi Telegram səhifəsi
Foto BNA-nın rəsmi Telegram səhifəsi
Foto BNA-nın rəsmi Telegram səhifəsi
Foto BNA-nın rəsmi Telegram səhifəsi
Foto BNA-nın rəsmi Telegram səhifəsi
Foto BNA-nın rəsmi Telegram səhifəsi