Ötən gecə paytaxt ərazisində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Hava limanı-Bilgəh yolunda (Mərdəkan istiqamətində) baş verib. Xəsarət alanlarla bağlı məlumat olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

Qəza nəticəsində “Chevrolet” markalı avtomobilin mühərrik hissəsi alışıb. Əldə etdiyimiz görüntülərə əsasən, yanan avtomobildə olan azyaşlı uşaq da daxil olmaqla, sərnişinlər təxliyə olunub. Hadisənin səbəbləri araşdırılır.

Bundan əlavə, paytaxtın Binəqədi rayon ərazisində “VAZ 2105” markalı avtomobillə “Toyota Prius” markalı avtomobilin toqquşması nəticəsində yol qəzası baş verib. Xəsarət alan olmayıb.

Faktlarla bağlı araşdırma aparılır.

Foto Bakuplus.az
Foto Bakuplus.az
Foto Bakuplus.az
Foto Bakuplus.az