Paytaxtın Nəsimi rayonu Ceyhun Səlimov küçəsində yenidən qazıntı işlər aparılır. Bu haqda bu gün, 7 oktyabr tarixində AAYDA-nın mətbuat xidməti məlumat yayıb.

İki gün öncə yenidənqurma işləri tamamlanan ərazidə yeraltı elektrik xəttində qəza baş verib.

“Təəssüflər olsun ki, yolun hərəkət hissəsinin qazılması məcburiyyəti yaranıb. Hazırda aidiyyəti qurum (“Azərişıq” ASC) qəzanı aradan qaldırır” – deyə Azəravtoyolun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib.

Ceyhun Səlimov küçəsi 5 oktyabr tarixində əsaslı təmir olunaraq istismara verilmişdir.