Ekologiya və Təbii Sərvətlər nazirliyinin əməkdaşları havanın keyfiyyətinə nəzarət məqsədi ilə paytaxtın Xətai, Nizami, Səbail və Nərimanov rayonları ərazisində monitorinq aparıblar. Bu haqda bu gün, 7 oktyabr tarixində AzTv xəbər verib.

Qeyd olunur ki, ötən illə və son aylarla müqayisədə küləkli və yağıntılı hava şəraiti səbəbindən, Bakıda havanın çirklənməsi azalıb. Paytaxt ərazisində toz hissəciklərinin miqdarı da normadadır.

Yaxın günlərdə də havanın keyfiyyətinin yaxşı olacağı gözlənilir. Həmçinin, tozun miqdarı da sanitar norma daxilindədir.