Xəzər rayonu Binə qəsəbəsində qanunsuz tikili aşkar olunub. Bu haqda bu gün, 7 oktyabr tarixində Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Elşad Xalıqov, sənədlər olmadan qeyd olunan ərazidə qeyri-yaşayış obyektinin tikintisini təşkil etdiyi məlum olub.

İnşa işləri dayandırılıb. Tikinti nəzarətə götürülüb.