Bakı şəhəri Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində koronavirus xəstələrini müalicə edən tibb işçilərin əlavə əməkhaqlarının verilmə müddəti noyabrın 1-dək uzadılıb. APA-ya istinadən verilən məlumata görə, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Əvvəl ölkədə COVİD-19 virusunun geniş yayılmasını nəzərə alaraq bu müddət sentyabrın 1-nə kimi uzadılmışdır.

Ötən gün,7 oktyabr tarixinə olan məlumata əsasən, son sutka ərzində 1013 nəfər COVİD-19 infeksiyasına yoluxub, 14 nəfər vəfat edib. Aktiv xəstə sayı 12.936 nəfər təşkil edir.