10 oktyabr tarixində Bakıda həftəsonunu övladları ilə keçirmək istəyənlər üçün ödənişsiz master-klass baş tutacaq. Ustad dərsi Bakı Gənclər Mərkəzi və Artlife birgə təşkilatçılığı ilə keçiriləcək.

Bakı Gənclər Mərkəzində saat 15:00-da təşkil olunacaq təlimə bütün valideynlər övladları ilə birlikdə dəvətlidirlər.

Təlimdə çap üsulu ilə xəyal gücünü birləşdirərək payız təsvir olunacaq.

Maraqlı texnikalarla yeni biliklər əldə etmək istəyənlər +994 55 246 25 80 ilə əlaqə yarada bilərlər.