Bakıda “İlin həkimi” koronavirusdan dünyasını dəyişib. Bu haqda bu gün 8 oktyabrda məlum olub.

Bakı Modern Təhsil Kompleksində həkim-pediatr vəzifəsində çalışmış Firuzə Səlimova vəfat edib. O, koronavirus infeksiyası səbəbindən həyatını itirib.

F.Səlimova 5 il sözügedən təhsil müəssisəsində həkim-pediatr kimi fəaliyyət göstərib. O, 2020-ci ildə keçirilmiş Respublika üzrə müsabiqədə “İlin həkimi” adına layiq görülmüşdür.